Sumqayıtda evlərdən oğurluq edilib. Sumqayıt24 bu haqda 1 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Evlərin birindən məişət əşyaları, təmir-tikinti alətləri və 60 metr naqil, digər evin həyətindən isə 2 ədəd qapı, hamam aksesuarları, 1 ədəd kombi və 6 ədəd radiator oğurlanıb. 1-ci polis bölməsinin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Sumqayıt sakini F. Baxşiyev saxlanılıb.
Araşdırma aparılır.