Novxanı qəsəbəsində yerləşən əyləncə mərkəzində oğurluq hadisəsi baş verib.
Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən üç yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Onlar istirahət məkanından 800 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinirlər.
Fakt araşdırılır.