top
Gənc cüdoçunu öldürən şəxsin ifadəsi açıqlanıb
21 iyun 2023, 03:20
- +

Gənc cüdoçunu öldürən şəxsin ifadəsi açıqlanıb

Gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəmə zamanı verdiyi ifadəsi məlum olub. Bu haqda 21 iyun tarixində Sumqayıt24 Patrul.az-a istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Ruslan Səfixanov elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilib.

Ruslan Səfixanovun sözlərinə görə, Şağan Olimpiya İdman Kompleksində yetkinlik yaşına çatmayan idmançılar arasında idman yarışları keçirilirdi. Həmin yarışa Sumqayıtdan məşqçilərin rəhbərliyi ilə 9 nəfərlik heyət gəlmişdi. O isə psixoloji və mənəvi dəstək vermək üçün həmin komanda ilə yarışa qoşulub.

Təqsirləndirilən şəxs deyib ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş Turan Rüstəmovu həmin günədək tanımayıb, onunla birgə yarışlarda olmayıb, heç bir ədavəti və düşmənçiliyi olmayıb. Həmin gün saat 10 radələrində yarış başlanılıb, təxminən saat 12 radələrində komanda üzvləri olan Elmir və Kənanla birlikdə idman kompleksinin yanında yerləşən marketə gedərək oradan çörək, pendir, kolbasa, 0,5 litr həcmdə spirtli içki olan araq alaraq idman kompleksinə qayıdıb. Geri qayıdıb nahar etməyə başlamaq istəyəndə məlum olub ki, aldıqları ərzaqları doğramaq üçün bıçaq yoxdur. Bu səbəbə görə idman kompleksinin yaxınlığında yerləşən adını bilmədiyi inşaat malları mağazasından bir ədəd mətbəx bıçağı alıb, geri qayıdıb. Nahar zamanı aldığı 0,5 litr həcmində araqdan 100 qramını soyuq çayla qarışdıraraq içib.

Ruslan bildirib ki, saat təxminən 14 radələrində komandanın yarışını tatamiyə yaxın məsafədə yerləşən tribunadan izləmək üçün pilləkənlərlə tribunaya doğru qalxan zaman Turanın orada tək oturduğunu görüb:

“Turan ayaqlarını qarşısındakı oturacağın üzərinə qoyduğu üçün mənim oturmağıma maneə yaratdı. Ona buna görə irad tutaraq ayaqlarını oturacaqdan endirməsini tələb etdim. Cavabında Turan məni söyüb təhqir etdi. Bu səbəbdən Turana bir şillə vurdum. Turan isə mənə təpik və yumruq atdı, mən də onu vurdum . Bu zaman Turan məni ağır söyüşlə söydüyü üçün şalvarımın belinə qoyduğum bıçağı çıxardım. Lakin həmin bıçaqla Turana yetirdiyim xəsarətlərin sayını artıq xatırlamıram. Çünki özümdə olmamışam. O zaman ayıldım ki, polislər məni tutub saxlayıb və bıçağın əlimi də kəsdiyini gördüm. Bir daha bildirirəm ki, zərərçəkmiş şəxs 2-ci dəfə ailə üzvlərimi söydüyü üçün bu cinayəti törətdim”.

Qeyd edək ki, məhkəmənin hökmü ilə R. Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Bu gün, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər