top
Hamilə arvadını öldürən şəxsin şikayətinə baxılıb
10 may 2024, 06:22
- ↺ +

Hamilə arvadını öldürən şəxsin şikayətinə baxılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Arvadını xüsusi amansızlıqla öldürən və qızını döyən Vüqar Nəmətovun kassasiya şikayətinə baxılıb. Sumqayıt24 bu haqda 10 may tarixində Pravda.az-a istinadən xəbər verir.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi kişini 19 il müddətinə azadlıqdan məhrum edib. Sumqayıt Apellyasiya Məhkəməsi Vüqar Nəmətovun şikayətini təmin etməyib.

Hadisə 22 oktyabr 2022-ci ildə baş verib. Abşeron rayon prokurorluğuna Saray qəsəbə sakini, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun 2015-ci il təvəllüdlü qızını döyməsinə, qızını qorumağa çalışan hamilə Səidə Nəmətovanı isə dəmir boru ilə yaralayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli qismində tutulub.

Vüqar barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı “Al Market” mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbiləşib. Qızını cəzalandırmaq məqsədilə onu boru parçası ilə döyüb. Bu zaman Səidə ona yaxınlaşaraq borunu əlindən alıb və itələyib. Vüqar buna daha da əsəbiləşərək dəmir parçası ilə Səidəni döyərək öldürüb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Dünən, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Dünən, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Dünən, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Dünən, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Dünən, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Dünən, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Dünən, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Dünən, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Dünən, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Dünən, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
24 noyabr 2026, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
24 noyabr 2026, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
24 noyabr 2026, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
24 noyabr 2026, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
24 noyabr 2026, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər