top
“İgid oğul dayısına oxşar”: dayı və bacıoğlu makleri öldürərək meyitini yandırdılar
23 fevral 2023, 05:45
- +

“İgid oğul dayısına oxşar”: dayı və bacıoğlu makleri öldürərək meyitini yandırdılar

Makleri öldürən Yusif Rəhimov və 32 yaşlı dayısı Tehran Rəşidovun apellyasiya şikayəti təmin edilməyib. Sumqayıt24 bu haqda 23 fevral tarixində Pravda.az-a istinadən xəbər verir.

Müvafiq qərar Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Qeyd edək ki, hadisə 2020-ci il dekabrın 18-də Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbədə "Əvəz” adı ilə məşhurlaşan Xanəli Əmirov makler kimi tanınıb. O, təqsirləndirilən şəxslərlə əvvəldən normal münasibətdə olub. Daha əvvəl X. Əmirovun vasitəçiliyi ilə Yusif Rəhimovun atasına aid ev satılıb. Yusifin dayısı Tehranın isə həmin maklerə 1100 manat borcu olub. Tehran borclu olduğu şəxsdən canını qurtarmaq üçün narkotik aludəçiliyindən əziyyət çəkən bacısı oğluna Xanəlini öldürməyi təklif edib və birgə plan qurublar.

Qətl günü Yusif Xanəli ilə yeyib-içmək məclisi təşkil edib, sonradan onlara Tehran da qoşulub. Məclisdən sonra Yusif maklerdən ona kirayə ev verməsini xahiş edib. Onlar birlikdə evə baxmağa gediblər. Burada Yusif sərxoş halda olan Xanəliyə arxadan çoxsaylı zərbələr endirib. Dayısı isə meyiti xalçaya bükərək evdən çıxarmaqda, həmçinin divarın qana bulanmış hissəsini yumaqda kömək edib.

Onlar meyiti Tehranın "Opel” markalı avtomobilinə qoyaraq 19 nömrəli məktəb binasının zirzəmisinə atıblar. Daha sonra cəsədi yandıraraq izi itirməyə çalışıblar.

X.Əmirovun itkin düşməsindən sonra təxminən 2 ay müddətində axtarışlar aparılıb. Nəticədə onun qətlə yetirildiyi müəyyən edilib. Martın 15-də Yusif Rəhimov və Tehran Rəşidov saxlanılıb və törətdikləri əməli etiraf ediblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dayı 19 il, onun bacısı oğlu isə 18 il 6 ay müddətinə həbs olunublar.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
16 sentyabr 2026, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
16 sentyabr 2026, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
16 sentyabr 2026, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
16 sentyabr 2026, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər