Şəhər ərazisində evlərdən oğurluq edilib. Bu haqda Sumqayıt24 bu gün, 5 aprel tarixində Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, hadisələr martın 11-dən 23-dək olan müddətdə iki evdə baş verib. Bir evdən 5 min dollar və qızıl-zinət əşyaları, digər evdən isə qızıl-zinət əşyaları oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qismətli saxlanılıb.