Sumqayıtdakı marketdə oğurluq hadisəsi baş verib. Sumqayıt24 bu barədə 27 yanvar tarixində Sumqayit.tv-yə istinadən məlumat verir.
Hadisə 9-cu mikrorayon ərazisində yerləşən "Araz” supermarketdə qeydə alınıb. Zabit (şərti) adlı şəxs marketdən balıq kürüsü oğurlayıb.
Təqsirləndirilən şəxs məhkəmə ifadəsində imkanı olmadığını və balıq kürüsünü 2 azyaşlı uşağı üçün oğurladığını deyib. O, imkanı olanda ziyanı ödəyəcəyini bildirib və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəminin qərarı ilə Zabit 160 saat ictimai işlərə cəlb olunub.