11-ci mikrorayonda kafelərin birindən iki notbuk oğurlanıb. Sumqayıt24 bu haqda 29 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
1-ci Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Oğurluqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Firuqi saxlanılıb.
Araşdırma aparılır.