top
Kafedə işıq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
04 avqust 2026, 11:40
- +

Kafedə işıq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vəsilə Məlikovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Bakı gecələri" kafesində baş verib.

Belə ki, hadisə zamanı Vəsilə Məlikova kafedə işıqları söndürərək rəqs edib. Bu zaman orada olan müştərilərdən biri - zərərçəkmiş Nərgiz Nəbiyeva (adı və soyadı şərtidir) işıqların yandırılmasını istəyib. Lakin həmin irada baxmayaraq Vəsilə heç bir əsaslı səbəb olmadan aqressiv davranıb, ictimai yerdə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən hərəkətlər edib.

İstintaq materiallarına görə, o, masanın üzərində olan boşqabı götürərək Nərgiz istiqamətinə atıb. Atılan boşqab zərərçəkmişin ayağına dəyərək onun sağ baldır nahiyəsində kəsilmiş yara əmələ gətirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin aldığı xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisə nəticəsində Nərgizə məxsus 40 manat dəyərində əmlak da zədələnərək yararsız hala düşüb.

Beləliklə, Vəsilə Məlikovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilib və onun əməli xuliqanlıq kimi tövsif edilib.

Cinayət işinin məhkəmə baxışı zamanı Vəsilə Məlikova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum edilmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilib. Vəsilə Məlikovanın hazırki hökmlə təyin edilmiş cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilib. Nəticədə ona 3 il 8 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə həbsdə və ya ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay 3 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Vəsilə Məlikova barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalında həbs olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
11 sentyabr 2026, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
11 sentyabr 2026, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
11 sentyabr 2026, 11:46

Sumqayıtda pensiyalar ödənildi

Oxşar xəbərlər