top
Keçmiş arvadını boğmağa çalışan kişi azadlığa buraxılıb
25 sentyabr 2024, 22:55
- ↺ +

Keçmiş arvadını boğmağa çalışan kişi azadlığa buraxılıb

Sumqayıtda 1984-cü il təvəllüdlü Ramal keçmiş həyat yoldaşı Fəridəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, Ramal keçmiş arvadı Fəridə ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı birgə yaşadıqları evdə onu boğazından tutub, boğmağa cəhd edib. Sonra isə üzünə sillə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2016-cı ildə Sumqayıt şəhər sakini Fəridə ilə evlənib, həmin nikahından iki övladı var:

"Fəridə ilə mənə məxsus evdə anam Sevil, qardaşım Saleh və iki övladım ilə birlikdə yaşamışıq. Fəridə gəlin gələn vaxtdan qısa müddət sonra evdə ailə məişət zəminində xırda məsələlərdə münaqişələr yarandı. Bu səbəbdən 2022-ci ildə biz məhkəmə qaydasında boşandıq. Lakin dövlət tərəfindən Fəridəyə həmin evdə yaşamaq üçün bir otaq verildi. Fəridə də həmin evdə bizimlə birlikdə yaşadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 14 radələrində yaşadığı evdə Fəridə ilə aralarında münaqişə yaranıb:

"Fəridənin bir tanışından borc pul aldığını öyrəndim. Həmin vaxt ona tanımadığı şəxsdən borc pul aldığına görə irad bildirdim. Daha sonra əsəbiləşərək Fəridənin boğazından tutub sıxdım və sifətinə əlimin içi ilə zərbə vurdum. Bundan sonra Fəridə əlimdən çıxaraq digər otağa keçdi və evdən çıxaraq anasının yaşadığı məkana getdi. Sonradan mənə məlum oldu ki, Fəridə məndən şikayət verib".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəridənin sözlərinə görə, 2016-cı ildə Ramal ilə evlənib, həmin nikahından iki övladı dünyaya gəlib:

"Evli olduğumuz vaxt Ramal, qayınanam, qaynım və iki övladım ilə birlikdə yaşamışıq. Gəlin gedən vaxtdan qısa müddət sonra evdə ailə məişət zəminində xırda məsələlərdə münaqişələr yarandı. Bu səbəbdən 2022-ci ildə Ramaldan boşandım. Dövlət tərəfindən mənə Ramalın yaşadığı evində bir otaq verildi. Mən həmin evdə yaşamışam".

Zərərçəkmiş bildirib ki, hadisə günü, saat 14 radələrində yaşadığı evdə yenə aralarında münaqişə yaranıb:

"Mən bir tanışımdan borc pul aldım. Həmin vaxt Ramal mənimlə tanımadığım şəxsdən niyə borc pul aldığıma görə münaqişə yaratdı. Daha sonra üzərimə hücum etdi, boğazımdan tutaraq sıxdı və sifətimə əlinin içi ilə zərbə vurdu. Ramalın əlindən çıxaraq digər otağa keçdim və sonra anamın yaşadığı evə getdim. Ramal tərəfindən döyülən zaman hadisəyə şahidlik edən olmayıb. Münaqişə təxminən 5 dəqiqə davam etdi. Təqsirləndirilən şəxs ilə barışımışam. Ona qarşı hər hansı şikayətim və tələbim yoxdur".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ramalın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər