Sumqayıtda quldurluq yolu ilə bir nəfərin 460 manat pulu və mobil telefonu talanıb. Sumqayıt24 bu haqda 22 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə iyulun 21-də baş verib. 4-cü Polis Bölməsi əməkdaşları quldurluqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayət üstündə məhkum olunmuş Tural Babaverdiyevi tutublar.
Şəhər Polis İdarəsində araşdırma aparılır.