Sumqayıt polisi iki nəfəri tutub. Sumqayıt24 bu haqda 6 iyun tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
5-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan R. İsgəndərov və Z. Ağalarovdan heroin tapılıb. Onların iyunun 4-nə keçən gecə Stansiya Sumqayıt qəsəbəsindəki evin həyətindən 2 velosiped oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, həmin şəxslər əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkumluq həyatı yaşayıblar.