Sumqayıtda evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşları cinayətdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 39 yaşlı T.İbrahimovu saxlayıblar.