Sumqayıtda vətəndaş dələduzluğa məruz qaldığını iddia edir. Sumqayıt24 bu haqda 9 mart tarixində xəbər verir.
Hadisə dünən axşam 17-ci mikrorayonda baş verib. Bijüteriya satışı ilə məşğul olan şəxs bildirir ki, naməlum kişi onun mağazasına gələrək satıcıdan 10 manatlıq ətir istəyib. Ödənişi isə saxta 100 manatlıq əsginasla edib. Müştəri qalıq 90 manatı və ətiri götürərək uzaqlaşıb. [modula id="51437"]
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2024/03/sumqayit-69-1.mp4"][/video]