Sumqayıtda mənzillərdən oğurluq edilib. Sumqayıt24 bu haqda 1 mart tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. İki mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Fərman Paşayev saxlanılıb.
Onun digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.