top
Meyiti balta ilə doğrayıb, tualet quyusuna tökdü
03 fevral 2025, 00:00
- ↺ +

Meyiti balta ilə doğrayıb, tualet quyusuna tökdü

Şabranda 11 il əvvəl anasını öldürməkdə təqsirləndirilərək həbs edilən Elvin Dadaşovun cinayət işinin təfərrüatı məlum olub. Qətl hadisəsi 2011-ci ildə baş verib. Cinayətin üstü isə 11 il sonra – 2022-ci ildə açılıb.

Musavat.сom ilk dəfə bu cinayət işinin təfərrüatını əldə edib.

Əvvəlcə qətlin tarixi barədə…

Qətl 2011-ci ildə Şabran rayonunda baş verib. Rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran Rayon Prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onun meyitini həyətdə basdırdığını etiraf edib.

Hadisəni 11 il gizli saxlamağı bacaran Elvin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə onun barəsində 7 il azadlıqdan məhrumetmə cəzası təyin edib. E.Dadaşovun cəzası 9 fevral 2022-ci il tarixdən hesablanıb.

Elvinin törətdiyi qətllə bağlı dedikləri…

Elvin Dadaşov istintaq ifadəsində hadisəni niyə törətməsini danışıb. Bildirib ki, 41 yaşlı anasını öldürməsinin səbəbi onun yüngül həyat tərzi sürməsi olub:

“1995-ci ildə atamla anam boşandı. Sonra anam yüngül həyat tərzi sürməyə başladı. Qardaşımı, bacımı və məni nənəmin yanına atdı. Bizim taleyimizlə maraqlanmadı. Uşaqlıq illərində böyük əzab-əziyyət və məhrumiyyətlər yaşadıq. O, yüngül həyat tərzi ilə ailəmizin namusuna da xələl gətirirdi. Buna birdəfəlik son qoymaq istədim.

Hadisə günü bizi görməyə gəlmişdi. Təxminən 2011-ci ilin payız ayı idi. Arxadan yaxınlaşıb idman fəndi ilə var gücümlə boğazını sıxdım. Nəfəs almadığını görüb öldüyünə əmin oldum”.

E.Dadaşov cinayətinin davamında daha dəhşətli əmələ əl atıb. O, anasının cansız bədənini hissələrə bölərək çantalara yığıb.

“Meyiti qonşu yataq otağında gizlətdim. Axşama qədər gözlədim. Meyiti balta ilə iki hissəyə böldüm. İdman və məktəbli çantalarına yığdım”, – deyə Elvin ifadəsinə əlavə edib.

Elvin cəsədin parçalarını həyətlərində tualet üçün qazılmış, lakin istifadə edilməmiş quyuya atıb. Diqqət çəkməmək üçün səhər saat 4-5 radələrinə qədər gözləyib. Meyiti quyuya atdıqdan sonra üstünü torpaqla örtüb.

Elvinə 7 il azadlıqdan məhrumetmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib. Onun işində mərhumun yaxınları tərəfindən, hüquqi varis tərəfindən şikayətçi olmayıb.

Törətdiyi qətlə görə Elvinə minimum həddə cəza təyin edildiyini qeyd etmək olar. Amma vəkili və Elvin bununla razılaşmayıb. Belə ki, hadisədən xeyli müddət keçdiyi üçün cəza təyin edilməməli olduğunu düşünən vəkil məhkəməyə müraciət edib. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi vəkilin şikayətini təmin etməyib. Bundan sonra vəkil Ali Məhkəməyə üz tutub.

Elvinin vəkili Ali Məhkəməyə müraciət edərək bildirib ki, məhkəmə qərar qəbul edərkən müddətlə bağlı məsələləri nəzərə almayıb. Yəni cəza təyin etmə müddəti keçdiyi üçün E.Dadaşov azadlığa buraxılmalıdır.

Vəkil fikrini belə əsaslandırıb ki, Elvin ifadəsində hadisəni törətməsinin tarixi ilə bağlı dəqiq vaxt deməsə də, həmin zaman üçün hava ilə bağlı fikirlərini izah edib:

“Elvin ifadəsində deyib ki, payız ayları olsa da, hava isti olduğu üçün qısaqol köynək geyinmişdi. Hətta həmin günün axşamı çayxanaya gedərək açıq havada oturub. Bu da hadisə baş verdiyi vaxtlarda hələ payızın yeni başladığını sübut edir. Çünki havalar hələ tam sərinləməmişdi. Bu isə həmin vaxtların təxminən avqust ayının sonları, sentyabr ayının əvvəlləri olduğunu sübut edir. Bunlar müddət baxımından məhkəmə tərəfindən nəzərə alınmadı. Məhkəmə Elvinin ilkin ifadəsini cinayətin açılmasında əsas götürmüşdü. Ona görə də vaxtla bağlı məsələdə Elvinin dedikləri onun xeyrinə başa düşülməli idi. Payızın ilk günü də sentyabr ayının 22-i kimi qəbul edilir. Məhkəmə məhz bu tarixə əsaslanmalı idi. Məhkəmə bunları nəzərə almadığına görə hadisənin baş vermə zamanında yanlışlığa yol verib. Bu da qəbul edilən qərarın və verilən cəzanın qanunsuz olması ilə nəticələnib. Bu iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçib”.

Ali Məhkəmə şikayəti təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ədalətli olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, Elvin qətli törədən zaman 21 yaşı olub. İndi 34 yaşı olan Elvin 2 ildən çoxdur ki, həbsdədir. Onun cəzası 2029-cu ildə başa çatacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər