Quldurluq etməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb. Sumqayıt24 bu haqda bu gün, 4 aprel tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Məlumata əsasən, 3 aprel saat 21:00 radələrində bir nəfər A.Fəttayevi döyüb. Naməlum şəxs zərərçəkmişin, içərisində pulu və şəxsiyyət vəsiqəsi olan cüzdanını mənimsəyib.
Keçirilən əməliyyat nəticəsində şübhəli bilinən M. Əzimov saxlanılıb.