Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları növbəti əməliyyat tədbiri keçiriblər. Bu haqda 28 iyul tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Corat qəsəbə sakinləri Kamal Əliyev və Azad Mansurov saxlanılıblar.
Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.