Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini saxlanılıb. Bu haqda 19 fevral tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş 33 yaşlı Məmməd Vəliyev saxlanılıb.
Ondan satmaq məqsədilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.