Sumqayıt polisi keçmiş məhkumları tutub. Sumqayıt24 bu haqda 22 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan Hüseynxan Yadigarlı və Rahim Səlimzadədən metamfetamin götürülüb. Həmçinin Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat oğurlaması, Səlimzadənin isə 2 nəfərin bank kartından ümumilikdə 200 manat pul oğurlaması, bir nəfəri aldadaraq 130 manatını alması müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.