Novxanıda 25 ev quşu oğurlanıb. Sumqayıt24 bu haqda 1 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət əməlində şübhəli bilinən Z. Ağadadaşov saxlanılıb.
Araşdırmalarla onun müxtəlif vaxtlarda Novxanı və Saray qəsəbələrində 2 evdən və bir sexdən qızıl dişlər, 3600 manat dəyərində təmir alətləri oğurladığı da müəyyən olunub.