Novxanı qəsəbəsində “Toyota” markalı avtomobil qaçırılıb. Sumqayıt24 bu haqda 21 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Hadisə mayın 20-də baş verib. Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən cinayətdə şübhəli iki yeniyetmə avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.