Sumqayıtda qadın bıçaq zərbələrindən dünyasını dəyişib. Bu haqda bu gün, 9 may tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə Novxanı bağları ərazisində baş verib. 41 yaşlı İlahə İsgəndərovaya 13 bıçaq zərbəsi endirilib və o, dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, qadının həyat yoldaşıdır.
Tərəflər boşanma ilə bağlı məhkəməyə müraciət etmişdilər.
Faktla bağlı araşdırma aparılır.