Paytaxtda silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini saxlanılıb. Bu haqda bu gün, 24 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Tahir Əhmədov Səbail rayonu ərazisində yerləşən ictimai iaşə obyektlərində oğurluq edib. O, müştəri kimi getdiyi obyektlərdə ani diqqətsizlikdən istifadə edərək mobil telefonları oğurlayırdı.
Faktla bağlı materiallar İstintaq Şöbəsinə göndərilib.