Polis dələduzluq edən iki nəfəri saxlayıb.
Sumqayit24.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sumqayıt şəhəri və Abşeron rayonunda dələduzluq edərək 2800 manat pul vəsaitini əldə edən Ə.Əliyeva və V.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.