Prokuror gənc cüdoçu Turan Rüstəmovu öldürən Ruslan Səfixanovun 20 il müddətinə həbs edilməsini istəyib. Sumqayıt24 bu haqda 23 may tarixində Report.az-a istinadən xəbər verir.
Dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə deyib. Məhkəmənin növbəti iclası iyunun 5-də olacaq.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında Şağan Olimpiya İdman Kompleksində baş verib.
Sumqayıt sakini, həmin zaman 20 yaşı olan R. Səfixanov mübahisə zamanı Yevlax rayon sakini, 16 yaşlı T. Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.