top
Qayınatasını maşınla əzib qayınanasını bıçaqladı - MƏHKƏMƏ 
14 oktyabr 2025, 05:00
- ↺ +

Qayınatasını maşınla əzib qayınanasını bıçaqladı - MƏHKƏMƏ 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb.

Qafqazinfo.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 120.2.4 və 29.120.2.7-ci (Xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş verən hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o, yoldaşının cehizlərini özü maşına yığaraq qayınatasıgilin evinə aparıb. Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edərək atası evinə gedib.

O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də, övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbətlər yaranıb və həyat yoldaşı evi tərk edib. E.Şeydayev isə bu məsələdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qayınanası Püstəni günahkar bilib. O, hər dəfə qayınanasının ailəsini dağıtdığını deyib.

Qətlin törədildiyi gün isə Elbrus Şeydayev səhər saatlarında qayınanası Püstə ilə qayınatası Əlağanın işə getdiklərini bilərək onları izləyib. O, Əngəxərnan kəndində yol kənarında onlara hücum edib. Əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirib. Daha sonra isə maşını ər-arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Ə.Hüseynov avtomobilin təkəri altında qalaraq həlak olub, P.Hüseynova isə zərbədən yayınaraq sağ qalıb. O, xəstəxanaya çatdırılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbrus Şeydayevə 20 il həbs cəzası verilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Bu gün, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Bu gün, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Bu gün, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Bu gün, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Bu gün, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Bu gün, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Bu gün, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Bu gün, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər