Sumqayıtda qonşusunu öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sumqayıt24 bu barədə APA-ya istinadən xəbər verir.
Belə ki, Ramin Nəzərli barəsində toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Fikrət Əliyevin icraatına verilib.
Xatırladaq ki, hadisə 3 fevral saat 22:00 radələrində, Səməd Vurğun küçəsində qeydə alınıb. 52 yaşlı Sədiyar Novruzov qonuşusu ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb.