“Qurd dərəsi” bağlar sahəsində 3 həyətyanı sahədən darvaza, su çəni, su qızdırıcısı, borular və metal parçalar oğurlanıb. Sumqayıt24 bu haqda Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qubadlı rayon sakini Ö. İsmayılov saxlanılıb.