Xızı rayon sakini Sumqayıtda qarət olunub. Sumqayıt24 bu barədə 7 fevral tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
4-cü Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. N. Yaqubovun cibindən 400 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş M. Səmədov saxlanılıb.
Araşdırma aparılır.