top
Ruslan Səfixanov son söz üçün vaxt istəyib
05 iyun 2023, 03:46
- +

Ruslan Səfixanov son söz üçün vaxt istəyib

Gənc cüdoçu Turan Rüstəmovu öldürən Sumqayıt sakini Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Sumqayıt24 bu haqda 5 iyun tarixində Report.az-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər.

Vəkil Adəm Məmmədov müvəkkili Səfixanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib.

Onun sözlərinə görə, tibbi ekspertiza onu göstərib ki, R. Səfixanov mərhum T. Rüstəmova yalnız 2 bıçaq zərbəsi vurub, ondan biri isə ölümcül olub.

Zərərçəkmiş şəxsin vəkili Fərhad Məmmədov və mərhumun anası Sevinc Xəlilova isə məhkəmədən R. Səfixanova ömürlük həbs cəzası tələb ediblər.

Təqsirləndirilən şəxs son söz üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası iyunun 13-dək təxirə salınıb.

Xatırladaq ki, prokuror Rauf Malışov R. Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 21 yaşlı R. Səfixanov mübahisə zamanı Yevlax rayon sakini, 16 yaşlı T. Rüstəmovu bıçaqlayaraq öldürüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Bu gün, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Bu gün, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Bu gün, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Bu gün, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Bu gün, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Bu gün, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Bu gün, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Bu gün, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər