Polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini saxlanılıb. Bu haqda 4 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Şəhər sakini Rahid Vəlizadədən ümumi çəkisi 815 qrama yaxın heroin, marixuana və tiryək, həmçinin nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.