Saray qəsəbəsində kişi sinəsindən bıçaqlanıb. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Məlumata görə, hadisə mübahisə zəminində baş verib. Nəticədə, 55 yaşlı Fazil Əhmədov Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin sol yuxarı hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.