Saray sakininin bank kartından 300 manat oğurlanıb. Sumqayıt24 bu haqda 3 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev saxlanılıb.