Saray qəsəbəsində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə 18 mart saat 17:30-da qeydə alınıb. Kadrdan göründüyü kimi, yaşlı kişi hərəkətdə olan avtomobillərə əhəmiyyət vermədən yolun ortasında dayanıb. Ardınca sola baxan piyada yaxınlaşan avtomobili görərək qorxub. Buna baxmayaraq o, nəqliyyat vasitələrinin üzərinə gedərək yolu keçib.
Qeyd edək ki, yaxınlıqda piyada keçidi mövcuddur. Lakin bəzi piyadalar yolu təyin olunmamış yerdən keçərək həm özlərini, həm də sürücüləri təhlükəylə üz-üzə qoyurlar.