top
Saxta sənədlər düzəldən sabiq baş həkimin məhkəməsi yekunlaşıb
12 dekabr 2023, 07:40
- ↺ +

Saxta sənədlər düzəldən sabiq baş həkimin məhkəməsi yekunlaşıb

Sumqayıt şəhər 2 saylı şəhər xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevə hökm oxunub. Bu haqda 12 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.

Məhkəmə prosesi Sumqayıt şəhər məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə keçirilib.

Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Ramiz Həmzəyev Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, təqsirli bilinib, lakin barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyinə görə xitam verilib.

İttihama görə, Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının baş həkimi işləmiş Ramiz Həmzəyev vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib.

Belə ki, o, əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər verib. Bununla da Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər