Sumqayıt şəhər sakini qanunsuz ov silahı saxladığına görə saxlanılıb. Bu haqda bu gün, 16 dekabr tarixində APA məlumat yayıb.
Hadisə Siyəzən rayonunun Köhnə Quşçu kəndində baş verib. Sumqayıt şəhər sakini Ənvər İbişovdan çoban işlədiyi fermada qanunsuz olaraq saxladığı 16 kalibrli “Toz” markalı ov silahı aşkar olunaraq müsadirə olunub.