Sumqayıtda su borularını oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər veririk.
Oğurluq cəhdi fevralın 1-də saat 03:00 radələrində 43-cü məhəllə ərazisinə qeydə alınıb. Belə ki, boruları oğurlamaq istəyən əvvəllər məhkum olunmuş şəxslər - S.Nurullayev və B.Abdullayev Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Daha sonra, həmin şəxslər 1-ci Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.