top
“Su pulu”na görə 69 yaşlı kişi arvadını döyüb
31 iyul 2023, 06:55
- ↺ +

“Su pulu”na görə 69 yaşlı kişi arvadını döyüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 69 yaşlı kişi həyat yoldaşını döyüb. Bu haqda 31 iyul tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.

Hadisə 8-ci mikrorayon ərazisində baş verib. Xalid (ad şərti) idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin salonunda həyat yoldaşı Səkinənin (ad şərti) üzünə əli ilə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin “qəsdən sağlamlığa xəsarət yetirmə” maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Səkinə onun həyət yoldaşıdır, onlar eyni ünvanda yaşayırlar:

“Hadisə günü saat 12:00 radələrində yaşadığım binanın həyətində arxa tərəfdə olan zaman Səkinə yanıma gəldi. Məndən keçən ay verdiyi pulla nə üçün su ödənişini etmədiyimi soruşdu, bu ay onun iştirakı ilə ödəniş etməli olduğumu dedi. Sonra Səkinə idarə etdiyim “Mercedes-Benz” markalı avtomobilinin qabaq sağ oturacağında əyləşdi. Məndən maşını sürməyimi, “su pulu”nu ödəməyə aparmağımı istədi. Mən də avtomobilin sükanı arxasına əyləşdim. Səkinəyə maşından yerə düşməsini bildirdim. Lakin Səkinə avtomobildən düşmədi. Bu səbəbdən aramızda mübahisə oldu. Mən də əsəbiləşərək Səkinənin avtomobildən yerə düşməsi üçün əlimin arxası ilə gözünə vurdum. Lakin Səkinə yenə də avtomobildən düşmədi. Bu səbəbdən Səkinəni avtomobildə qoyaraq özüm düşdüm və oradan kənarlaşdım”.

Sumqayıt Şəhər Məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Xalidin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Dünən, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Dünən, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Dünən, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Dünən, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Dünən, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Dünən, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Dünən, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Dünən, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Dünən, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Dünən, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
24 noyabr 2026, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
24 noyabr 2026, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
24 noyabr 2026, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
24 noyabr 2026, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
24 noyabr 2026, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər