Sumqayıtda nəqliyyat vasitəsi qaçırılıb.
Sumqayıt24-ə müraciət edən sakin bildirib ki, sentyabrın 13-də ona məxsus “Kuba X-boss” markalı motosiklet oğurlanıb.
Hadisə anları müşahidə kamerası vasitəsilə qeydə alınıb. Görüntülərdə iki gəncin bulvarda, yolun qırağında park olunmuş motosikleti götürərək, heç nə olmamış kimi ərazidən uzaqlaşdıqları görünür.
Qeyd edək ki, oğurluqla bağlı polisə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.