Sumqayıtda ağır tonajlı maşın kişini vurub. Bu haqda Daxili İşlər Nazirliyi bu gün, 14 mart tarixində xəbər yayıb.
Hadisə, 13 mart saat 4 radələrində baş verib. Belə ki, Ə. Nəcəfov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən, kimliyi hələlik açıqlanmayan 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib.