top
Sumqayıt məhkəməsi quldurun şikayətini RƏDD EDİB
01 may 2025, 22:51
- ↺ +

Sumqayıt məhkəməsi quldurun şikayətini RƏDD EDİB

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluq edən Hikmət Yusifovun (soyadı şərtidir) apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2 oktyabr 2023-cü il tarixdə saat 19:20 radələrində zərərçəkmiş Nadejda Polkovnilcovanın yaşadığı Xaçmaz rayonu, Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hikmət Yusifov Nabranda yerləşən “Maral göl” istirahət mərkəzindən şərq istiqamətində 500 metr aralı məsafədə yerləşən evin həyətinə hasardan keçib. Sonradan tanınmamaq üçün əynində olan gödəkçənin papağını burnunun üstünədək çəkərək həyətdə olan zərərçəkmiş şəxsi arxadan tutub, zor tətbiq edib, birlikdə evə qanunsuz girib. Sonra Hikmət qadını qəsdən irəli itələyərək yıxıb. O, dəmir parçası ilə zərərçəkmişə hədə-qorxu gələrək evdə olan pulun və qızıl-zinət əşyalarının ona verilməsini tələb edib. Nadejda da pul və qızıl-zinət əşyalarını saxladığı yeri göstərib. Sonra Hikmət yataq otağından ümumi dəyəri 65.135 manat məbləğində qızıl-zinət əşyalarını və qadına məxsus telefonu quldurluq yolu ilə ələ keçirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd: Hikmət Yusifov məhkəmədə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2011-ci ildə Rusiyada iki dəfə narkotik vasitədən istifadə etdiyinə görə tutulub və 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gələrək anası ilə yaşayıb. Daha sonra evi satıb, pulu qardaşı ilə bölüşdürüb. Yay aylarında Nabranda istirahət edib. Zərərçəkmiş şəxslə qonşu olub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Kriminal
Dünən, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Dünən, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Dünən, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
02 oktyabr 2026, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
02 oktyabr 2026, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
02 oktyabr 2026, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
02 oktyabr 2026, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
02 oktyabr 2026, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
02 oktyabr 2026, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
02 oktyabr 2026, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
02 oktyabr 2026, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Oxşar xəbərlər