top
Sumqayıt məhkəməsinin qərarından narazı qalan şantajçı ŞİKAYƏT ETDİ
16 aprel 2025, 22:52
- ↺ +

Sumqayıt məhkəməsinin qərarından narazı qalan şantajçı ŞİKAYƏT ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən T.Məmmədovun kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, T.Məmmədov tamah niyyəti ilə tanışı, zərərçəkmiş G.G.-nin (ad, soyadı şərtidir) əmlakını hədə-qorxu ilə tələb edib. O, bu məqsədlə 2022-ci ildə yalandan özünü "Dedektiv.az" səhifəsinin özəl detektivi kimi təqdim edərək qadın barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkillər əldə etdiyini bildirib. Sonra təqsirləndirilən şəxs həmin əldə etdiyi rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri zərərçəkmişin ailə üzvlərinə, qohumlarına göndərəcəyi və sosial şəbəkələrdə yerləşdirəcəyi barədə yazılmış mətni, imzasız məktubu Şəki şəhərində yaşayan və işləyən G.G.-yə göndərib. Daha sonra o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən “İnstagram” sosial şəbəkəsində "Dedektiv.az" səhifəsindən və müxtəlif feyk profillərdən zərərçəkmiş şəxsin yaxınlarının “İnstagram”ına G.G.-nin barəsində rüsvayedici səs, videogörüntülər və fotoşəkilləri digər ailə üzvlərinə, qohumlarına və sosial şəbəkələrdə yerləşdirəcəyi ilə bağlı mesajlar yazıb. T.Məmmədov onların vasitəsi ilə G.G.-dən hədə-qorxu ilə 18000 manat məbləğində pul tələb edib.

Hadisədən sonra T.Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Bu gün, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Bu gün, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Bütün xəbərlər
Bu gün, 16:35

Sumqayıtda mənzil XEYLİ UCUZ qiymətə hərraca çıxarıldı

Kriminal
Bu gün, 16:31

Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib

Bütün xəbərlər
Bu gün, 16:29

Sumqayıtda dənizdə batan oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

Polis bu sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 15:15

Az sayda avtobus, yarımçıq qalan işlər - Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 14:35

Bu axşam ictimai nəqliyyatda gedişhaqqı 1 qəpik olacaq

İdman
Bu gün, 13:55

Murata 4 ay gözlədi, sonda razılaşdı

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:35

Xəzərin duzu Sumqayıtda sənaye xammalına çevrilə bilər – TƏKLİF

Bütün xəbərlər
Bu gün, 11:55

Qılıncoynatmada öz sözünü deyən Sumqayıt məktəblisi

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda yenilənməyə ehtiyacı olan stadionun acınacaqlı vəziyyəti

Bütün xəbərlər
Bu gün, 10:35

"7 nömrə"nin sürücülərinin özbaşınalığı

İdman
Bu gün, 09:55

"Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:15

Futboldan Olimpiya arenasına: sumqayıtlı Gültacın maraqlı idman yolu

Bütün xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasının ildönümüdür

Bütün xəbərlər
Dünən, 19:00

Neftçala-Sumqayıt avtobusları müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Dünən, 18:11

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 18:00

Gözünüz səmada olsun: ilin ilk Super Ayı görünəcək

Bütün xəbərlər
Dünən, 17:45

Masazır-Novxanı yolundakı qəzada yaralanan şəxsin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 17:31

29 yaşlı Sumqayıt sakini Bakıda küçədə öldü

Bütün xəbərlər
Dünən, 17:19

Sumqayıtda gənc müəllim vəfat edib

Oxşar xəbərlər