top
Sumqayıt məktəbində insident - müavin SÖYÜLDÜ, xadimə DÖYÜLDÜ
31 mart 2026, 11:27
- ↺ +

Sumqayıt məktəbində insident - müavin SÖYÜLDÜ, xadimə DÖYÜLDÜ

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı, soyadı şərtidir) apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə görə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Cəsur Fərəcov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.


İttihama görə, hadisə 14 may 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbdə qeydə alınıb.


Belə ki, Cəsur Fərəcov məktəbin dəhlizində direktor müavini T.T. (adı, soyadı şərtidir) ilə yüksək səslə söyüş və təhqiredici ifadələrlə müşayiət olunan mübahisə edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.


Hadisə zamanı onun qanunsuz davranışlarının qarşısını almaq məqsədilə məktəbdə xadimə işləyən zərərçəkmiş Sənanə Səfərova (adı, soyadı şərtidir) mübahisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə və vəziyyəti nəzarət altına almağa çalışıb. Qadın bu məqsədlə direktor müavinini xidmət otağına aparıb. Lakin təqsirləndirilən şəxs aqressiv davranışlarını davam etdirərək həmin otağa daxil olub və orada da ictimai qaydanı pozan hərəkətlərini davam etdirib.


İstintaqla müəyyən edilib ki, Cəsur zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Nəticədə Sənanə Səfərova sağ bazu oynağında hərəkətin çətinləşməsinə səbəb olan yumşaq toxumaların şişkinliyi və qançırdan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.


Beləliklə, Cəsur Fərəcovun hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.


Qeyd: Hadisə zamanı Cəsur Fərəcov 22 saylı məktəbdə gözətçi vəzifəsində işləyirdi.

Son xəbərlər

Kriminal
Bu gün, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Bu gün, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Oxşar xəbərlər