Sumqayıtda narkotik alverçiləri tutulublar. Sumqayıt24 bu haqda 13 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis İdarəsi əməkdaşlarının saxladıqları Nicat Omarov, Xıdır Məmmədov, Rasim Əsgərli və Rauf Mustafayevdən metamfetamin, tiryək, soyuq silahlar və 5 ədəd patron götürülüb.
Həmin şəxslər şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edirdilər.
Araşdırma aparılır.