Dələduzluq edən şəxs saxlanılıb. Sumqayıt24 bu haqda 4 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Emin Həsənov tutulub. Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurladığı da məlum olub.