Sumqayıt şəhərində soyğunçuluq edən şəxs saxlanılıb.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs 32 yaşlı qadına zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl-zinət əşyasını əldə edib.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı B.Hüseynov saxlanılıb.
Araşdırma aparılır.