Sumqayıt şəhər sakinindən 221 qrama yaxın heroin aşkar edilib. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş E. Rəsulov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən heroin və elektron tərəzi aşkar edilərək müsadirə olunub.