Sumqayıt sakini paytaxt sakinini döyərək qarət edib. Sumqayıt24 bu haqda bu gün, 19 mart tarixində Report-a istinadən xəbər verir.
Səbail Rayon 39-cu Polis Bölməsinə 14 mart saat 6 radələrində R. Əhmədxanovun döyülməsi, 100 manat və 300 ABŞ dollarının əlindən alınması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini E. Şahverənov saxlanılıb.
Araşdırma aparılır.