Sumqayıt sakini cibgirlik üstündə tutulub. Sumqayıt24 bu haqda 13 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Metropolitendə bir şəxsin cibindən içərisində 110 manat pul, sənəd və bank kartı olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əməldə şübhəli bilinən M. Rzayev saxlanılıb.